Bank Of Baku

Britaniya husilərə yeni hava zərbələri endirmək barədə qərar verməyib

Britaniyanın müdafiə naziri Qrant Şapps

© APA | Britaniyanın müdafiə naziri Qrant Şapps

# 15 yanvar 2024 13:12 (UTC +04:00)

Britaniyanın müdafiə naziri ölkəsinin Yəməndə husilərə qarşı növbəti zərbələr endirib-endirməyəcəyi barədə danışıb.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Qrant Şapps "Sky-News"da danışıb.
Müdafiə naziri Şapps deyib ki, Britaniya beynəlxalq gəmiçiliyi qorumaq üçün Yəməndə husilərə qarşı yeni hərbi zərbələr endirmək qərarına gəlməzdən əvvəl vəziyyəti müşahidə edib ona uyğun addım atacaq: "Gəlin gözləyək və nə baş verdiyini görək, çünki Qırmızı dənizdə baş verənlərə qoşulmaq istəmirik. Lakin son nəticədə naviqasiya azadlığı qorunmalı olan beynəlxalq hüquqdur", - deyə nazir Şapps bildirib.


Xatırladaq ki, Qırmızı dənizdə gəmilərə hücumlara cavab olaraq ötən həftə Yəməndə Husi qüvvələrinə qarşı ABŞ-ın rəhbərlik etdiyi hava hücumlarında Britaniya da iştirak edib lakin hücumun növbəti günü ABŞ qüvvələri növbəti zərbə endirdikdə Britaniya təyyarələri hücumda iştirak etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR