Bank Of Baku

Britaniya Mühafizəkarlar Partiyası Baş nazirə görə cərimələnib

Boris Conson

© APA | Boris Conson

# 09 dekabr 2021 15:15 (UTC +04:00)

Britaniyada Mühafizəkarlar Partiyası Baş nazirin “Downing Street”dəki mənzilinin təmirinə görə cərimələnib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Mühafizəkarlar Partiyası, baş nazir Boris Consonun mənzilinin təmiri xərclərini ödəyən ianə barədə dəqiq məlumat vermədiyi üçün 17 800 funt sterlinq məbləğində cərimələnib. Seçki Komissiyası həmçinin, partiyanın ianə ətrafında düzgün mühasibat hesabatı aparmadığını söyləyib.

Seçki Komissiyası partiyanın 2020-ci ilin oktyabr ayında "Huntswood Associates" şirkəti tərəfindən 67 801 funt sterlinqlik ianənin tam dəyərini bildirmədiyini deyib. Əlavə olunub ki, bu ianənin təxminən 52 min funt sterlinqi Baş nazirin mənzilinin təmir xərcləri üçün işlədilib.

Qeyd edək ki, Baş nazir Boris Conson özünün yaşayış sahəsinə xərcləmək üçün illik 30.000 funt-sterlinq dövlət qrantı alır. Ancaq Britaniya mətbuatında yayılan xəbərlərə görə, onun “Downing Street”dəki mənzilinin təmiri təxminən 200.000 funt sterlinqə başa gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR