Britaniya Putinin andiçmə mərasiminə nümayəndə göndərməyəcək

Britaniya Putinin andiçmə mərasiminə nümayəndə göndərməyəcək
# 07 may 2024 04:50 (UTC +04:00)

Böyük Britaniya Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində təmsil olunmayacaq.

APA xəbər verir ki, bu barədə “Reuters” Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

“Böyük Britaniya Prezident Vladimir Putinin andiçmə mərasiminə nümayəndə göndərməyəcək”, - məlumatda deyilir.

Qeyd edək ki, qısa müddət öncə Dövlət Departamenti ABŞ-nin də mayın 7-də baş tutacaq andiçmə mərasimində təmsil olunmayacağı barədə məlumat yaymışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR