Böyük Britaniyada ilk Omicron ştamlı pasiyent vəfat edib.
APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Baş nazir Boris Conson bu gün Londondakı peyvənd klinikalarından birinə ziyarəti zamanı açıqlayıb.
"Təəssüflər olsun ki, Omicron bəzi şəxslərin xəstəxanaya yerləşdirilməsinə səbəb olur və arıtq ən azı bir xəstənin Omicron ştamına görə öldüyü təsdiqlənib",- deyə Baş nazir açıqlamasında bildirib.
Qeyd edək ki, bu gün səhiyyə naziri Sacid Cavid "Sky News"a müsahibəsində Britaniyada təxminən 10 nəfərin Omicron ştamına görə xəstəxanaya yerləşdirildiyini açıqlamışdı.