Bank Of Baku

Britaniyada xarici dövlətlərlə əlaqəli təşkilatlara qarşı yeni qanun layihəsi təqdim olunub

Britaniyada xarici dövlətlərlə əlaqəli təşkilatlara qarşı yeni qanun layihəsi təqdim olunub
# 10 iyun 2026 07:43 (UTC +04:00)

Böyük Britaniya hökuməti xarici dövlətlərin düşmən fəaliyyətlərinə qarşı mübarizə sahəsində Daxili İşlər Nazirliyinin səlahiyyətlərini genişləndirən qanun layihəsini parlamentə təqdim edib.

APA xəbər verir ki, bu barədə hökumətin rəsmi informasiya portalında yayılan açıqlamada bildirilir.

Qanun layihəsi parlament tərəfindən təsdiqlənərsə, gələn aydan qüvvəyə minə bilər.

Yeni qaydalara əsasən, Böyük Britaniyada qadağan olunmuş təşkilatlara dəstək verməyə, onların fəaliyyətini təbliğ etməyə və ya yardım göstərməyə görə cinayət məsuliyyəti sərtləşdiriləcək.

Xarici dövlətlərlə əlaqəli bu cür qurumlar “xarici kəşfiyyat xidməti” kimi qiymətləndiriləcək.

Belə fəaliyyətlərə görə cəza müddəti 14 ilədək azadlıqdan məhrumetmə ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR