Paşha Bank
Bank Of Baku

Britaniyanın Baş naziri növbədənkənar seçkilərin keçirilməsini istisna edib

Böyük Britaniyanın Baş naziri Endi Börnem

© APA | Böyük Britaniyanın Baş naziri Endi Börnem

# 26 sentyabr 2026 02:31 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Endi Börnem növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını istisna edib.

Börnem ITV telekanalının efirində bildirib ki, bu məsələ ətrafında yaranan müzakirələrə birdəfəlik son qoymaq istəyir.

“İnsanlar istəyirlər ki, vəzifəyə yeni başladığım bir vaxtda öz işimlə məşğul olum və verdiyim vədləri yerinə yetirim. Seçki elan etsəydim, şəxsi siyasi maraqları hər şeydən üstün tutmuş olardım. Mən bunu etmək niyyətində deyiləm”, – Baş nazir deyib.

Qeyd edək ki, Endi Börnem iyulun 20-də Böyük Britaniyanın Baş naziri vəzifəsinin icrasına başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR