Çexiya hökuməti istefa verib

Andrey Babiş

© APA | Andrey Babiş

# 11 noyabr 2021 12:31 (UTC +04:00)

Baş nazir Andrey Babişin rəhbərlik etdiyi Çexiya hökuməti 8-9 oktyabr tarixlərində keçirilən seçkilərin nəticələrinə əsasən istefa verib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, artıq Andrey Babiş istefa məktubunu Prezident Miloş Zemana göndərib.

A. Babiş qarşıdakı bir neçə həftə ərzində hökumətin vəzifəsini icra edərək pandemiya ilə mübarizəni davam etdirəcəyini açıqlayıb.

Qeyd edək ki, A. Babiş və müttəfiqləri parlament seçkilərində iki müxalifət blokuna uduzub. Həmin blokların artıq hökumət qurmaqla bağlı razılıq əldə etdiyi və ölkənin növbəti Baş nazirinin Petr Fiala olacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR