Bank Of Baku

Çexiya ukraynalıları hərbi xidmət üçün öz ölkələrinə geri göndərməyəcək

Çexiya ukraynalıları hərbi xidmət üçün öz ölkələrinə geri göndərməyəcək
# 22 yanvar 2024 16:17 (UTC +04:00)

Çex Respublikası ukraynalıları hərbi xidmət etmələri üçün öz ölkələrinə geri göndərməyəcək.

APA xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski deyib.

O bildirib ki, belə bir mexanizm mövcud deyil və bu, beynəlxalq hüquqa, həmçinin, Çexiyanın beynəlxalq öhdəliklərinə əsla uyğun gəlməz.

Məlumata görə, hazırda Çexiyada müxtəlif viza növləri ilə yaşayan 200 min ukraynalı kişi var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR