Bank Of Baku

Daxili işlər naziri: Fransada terror təhlükəsi hələ də yüksəkdir

Fransanın daxili işlər naziri Laurent Nunez

© APA | Fransanın daxili işlər naziri Laurent Nunez

# 13 noyabr 2025 15:41 (UTC +04:00)

Fransada terror təhlükəsi hələ də yüksəkdir.

APA xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Laurent Nunez BFM TV-yə açıqlamasında deyib.

“10 il əvvəlki kimi, terror hücumu ehtimalı azdır, amma ölkə ərazisində getdikcə radikallaşan şəxslərin mövcudluğunu nəzərə alsaq, bu ehtimal yüksək olaraq qalır”, - nazir bildirib.

O əlavə edib ki, ilin əvvəlindən bəri Fransada 6 terror hücumunun qarşısı alınıb.

Qeyd edək ki, 2015-ci il noyabrın 13-də Fransada İŞİD tərəfindən terror hücumları törədilib, nəticədə 100-dən çox insan həlak olub. Bu gün Fransada terror qurbanlarının anım mərasimi keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR