Bank Of Baku

Dünya Bankı Ukraynaya vaksinasiya üçün 150 mln. dollar ayıracaq

Dünya Bankı Ukraynaya vaksinasiya üçün 150 mln. dollar ayıracaq
# 11 dekabr 2021 15:17 (UTC +04:00)

Dünya Bankı Ukraynaya COVID-19-a qarşı peyvənd üçün 150 mln. ABŞ dolları məbləğində yardım ayıracaq.

APA-nın məlumatına görə, bu barədə bankın açıqlamasında deyilir.

"Dünya Bankının İcraçı Direktorlar Şurası "Ukraynada COVID-19-a Fövqəladə Cavab və Peyvənd" layihəsi üçün 150 mln. dollar əlavə maliyyə vəsaitinin ayrılmasını təsdiqləyib", - məlumatda deyilir.

Bank əlavə edib ki, bu vəsaitlər COVID-19 pandemiyasının yaratdığı təhlükələrin qarşısının alınmasına, aşkarlanmasına və onlara cavab verməyə, həmçinin Ukraynanın milli səhiyyə sisteminin gücləndirilməsinə yardım kömək edəcək.

"120 mln. dollar əlavə maliyyə Ukrayna hökumətinə 16,5 mln. doza peyvənd almağa kömək edəcək ki, bu da əhalinin təxminən 20%-ni peyvənd etmək üçün kifayətdir. Bu satınalma həmçinin prioritet əhali qruplarından olan 10 mln. insanın COVID-19-a qarşı tam peyvənd olunmasına imkan verəcək", - məlumatda deyilir.

Qeyd olunur ki, əlavə 30 mln. dollar peyvənd kampaniyasının, həmçinin vaksinlərin soyudulması və tullantıların idarə edilməsi üçün avadanlıqların maliyyələşdirilməsinə yönələcək.

Bundan əvvəl Dünya Bankı qlobal COVAX təşəbbüsü çərçivəsində 2021-ci ilin dekabrına qədər Ukraynaya 230 mln. dollar ayırmağa hazır olduğunu açıqlamışdı. May ayında bank rəsmi Kiyevə vaksinasiya üçün 90 mln. dollar ayırıb.

Xatırlada ki, Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, pandemiya başlayandan ölkədə 3 553 817 nəfərdə koronavirus aşkarlanıb, onlardan 3 184 287 nəfər sağalıb, 90 789 nəfər ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR