Estoniya Ukrayna ilə bağlı mövqeyində Fransa ilə həmrəy olduğunu bildirib

Estoniya Ukrayna ilə bağlı mövqeyində Fransa ilə həmrəy olduğunu bildirib
# 05 may 2024 00:49 (UTC +04:00)

Estoniyanın Baş naziri Kaya Kallas Parisdə Fransa Prezidenti Emmanuel Makron ilə görüşdə bildirib ki, onun ölkəsi Ukraynaya yardımla bağlı Fransa ilə həmrəydi.

APA xəbər verir ki, bu barədə hökümət başçısının mətbuat xidməti məlumat yayıb.

“Fransa ilə ümumi anlaşmamız var ki, prioritet Ukraynaya lazım olana qədər dəstəyi davam etdirməkdir. Biz birlikdə Ukraynaya müharibədə qalib gəlməyə kömək edə və Rusiyanı öz sərhədlərinə çəkilməyə məcbur edə bilərik”, - Kallas qeyd edib.

Baş nazir əlavə edib ki, Estoniya bunun üçün lazımi resurslara, iqtisadi gücə və biliyə malikdir.

Onun sözlərinə görə, Tallin və Paris başa düşürlər ki, hazırda Avropa üçün ən mühüm strateji prioritet qitənin müdafiə qabiliyyətinin artırılması olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR