Bank Of Baku

FİFA Qətərdən rüşvət almaqda ittiham olunur

FİFA Qətərdən rüşvət almaqda ittiham olunur
# 11 mart 2019 06:16 (UTC +04:00)

Britaniyanın “The Times” qəzeti öz səhifələrində Qətərlə FİFA arasında baş tutan razılaşmaları əks etdirən sənədləri dərc edib. 

ONA-nın “Lenta.ru”ya istinadən yaydığı xəbərə görə, razılaşmaların ümumi dəyəri 880 milyon dollar dəyərindədir və bunun rüşvət xarakterli olması ehtimalı var.

"DÇ-2022"nin ev sahibliyinin müəyyənləşdiyi səsvermədən 3 həftə öncə  “Əl-Cəzirə” telekanalı FİFA ilə $400 mln dəyərində müqavilə imzalayıb.

Müqaviləyə görə, Qətər səsvermədə qalib gələcəyi təqdirdə, FİFA-ya daha $100 mln ödəniləcəkmiş.

Daha $480 mln dəyərində müqavilə isə Qətər şeyxinə məxsus “beİN” şirkəti ilə imzalanıb. 

Qeyd edək ki, 3 il bundan qabaq FİFA-da korrupsiya faktlarına dair aparılan istintaq heç bir nəticə verməyib.            
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR