Bank Of Baku

Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb

Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb
# 29 may 2026 04:33 (UTC +04:00)

Finlandiyanın xarici işlər naziri Elina Valtonen Rusiyanı Ukraynada dərhal atəşkəs elan etməyə və Avropaya danışıqlar masasında yer verməyə çağırıb.

APA xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.

“Avropanın Ukrayna üzrə danışıqlarda rolu olmalıdır. Amma neytral vasitəçi kimi yox, öz maraqları olan tərəf kimi”, – deyə Valtonen bildirib.

Nazir həmçinin Moskvadan tam atəşkəs tələb edib.

Bundan əvvəl “Politico” nəşri Avropa ilə Rusiya arasında mümkün danışıqlarda vasitəçi roluna Avropa Şurasının rəhbəri Antonio Koşta, Avropa Komissiyasının sabiq sədri Jan-Klod Yunker və Finlandiyanın keçmiş prezidenti Sauli Niinistönün namizədliyinin nəzərdən keçirildiyini yazmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR