Bank Of Baku

Fransa Avropanın ABŞ-a qarşı cavab tədbirləri ilə bağlı qərarını dəstəkləyir

Fransa Avropanın ABŞ-a qarşı cavab tədbirləri ilə bağlı qərarını dəstəkləyir
# 08 aprel 2025 01:49 (UTC +04:00)

Fransa ABŞ-ın Avropa mallarına tətbiq etdiyi rüsumlara qarşı sərt cavab tədbirlərinin tərəfdarıdır və Avropa Komissiyasının ABŞ mallarına 25% rüsum tətbiq etmək qərarını dəstəkləyəcək.

APA xəbər verir ki, bunu Fransanın XİN rəhbərinin Avropa məsələləri üzrə nümayəndəsi Benjamin Həddad BFMTV telekanalının efirində deyib.

“Əgər biz gərginliyin azaldılmasını istəyiriksə, ABŞ-la danışa bilmək istəyiriksə, buna cavab verə və iqtisadi ziyan vura biləcəyimizi nümayiş etdirməliyik.”, - o bildirib.

Haddad Avropanın cavab tədbirlərinin hansı mallara şamil olunacağı ilə bağlı məlumat verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR