Bank Of Baku

Fransa məktəblərində maska məcburiyyəti bərpa edilib

Fransa məktəblərində maska məcburiyyəti bərpa edilib
# 16 noyabr 2021 04:32 (UTC +04:00)

Fransanın bütün ərazisində məktəblərdə maskadan istifadə tələbi yenidən qüvvəyə minib.

APA-nın xəbərinə görə, orta məktəblərdə şagirdlər, müəllim heyəti və texniki işçilər üçün maskadan istifadə mütləqdir.

Hökumət mənbələri bildirir ki, bütün departamentlərdə 2-ci səviyyəli sanitar protokol rejimi tətbiq edilir. Bu zonalarda məktəblərdə maskadan istifadə tələb edilir.

Qeyd edək ki, sentyabrın sonunda yoluxma az olan ərazilərdə yerləşən məktəblərdə maskadan istifadə tələbi ləğv edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR