Bank Of Baku

Fransa XİN Ermənistanla əməkdaşlıq üzrə xüsusi koordinator təyin edib

Fransanın Ermənistandakı səfiri Olivye Dekotin

© APA | Fransanın Ermənistandakı səfiri Olivye Dekotin

# 02 iyun 2025 14:54 (UTC +04:00)

Fransa Xarici İşlər Nazirliyi Ermənistanla əməkdaşlığı əlaqələndirmək üçün analoqu olmayan xüsusi koordinator vəzifəsi yaradıb.

APA-nın Ermənistan KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Fransanın Ermənistandakı səfiri Olivye Dekotin Ermənistan-Fransa arasında mərkəzləşdirilməmiş əməkdaşlıq üzrə 5-ci konfransda açıqlayıb.

Səfir Dekotini bildirib ki, Ermənistan və Fransa arasında əlaqələr çoxşaxəli xarakter daşıyır və bu səbəbdən əməkdaşlıq proseslərinin səmərəli idarə olunması üçün xüsusi koordinasiya vacibdir. Yeni vəzifənin yaradılması iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət edəcək.

Zəhra Əhədova

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR