Bank Of Baku

Fransada məhbusların sayı rekord həddə çatıb

Fransada məhbusların sayı rekord həddə çatıb
# 03 noyabr 2026 02:35 (UTC +04:00)

Fransa həbsxanalarında saxlanılan məhbusların sayı oktyabrın 1-nə rekord həddə; 90,9 min nəfərə çatıb.

Bu barədə ölkənin Ədliyyə Nazirliyinin hesabatına istinadən AFP məlumat yayıb.

Məlumata görə, 2025-ci il oktyabrın 1-dən məhbusların sayı 7,2% artıb. Halbuki həbsxanalardakı yerlərin sayı cəmi 1,5% artaraq 63452-yə çatıb.

Nəticədə həbsxanaların ümumi doluluq səviyyəsi 143,3%, qısamüddətli cəza çəkən və ya məhkəmə hökmünü gözləyən məhbusların saxlanıldığı müəssisələrdə isə 178% təşkil edib.

Fransa Ədliyyə Nazirliyi problemin həlli üçün əlavə 3 min yerlik modul həbsxanalar tikməyi planlaşdırır. Lakin 2018-ci ildə qəbul edilmiş plana əsasən yaradılması nəzərdə tutulan 15 min yerdən indiyədək yalnız 8 mini istifadəyə verilib.

Avropa İnsan Hüquqları Məhkəməsi dəfələrlə Fransadakı həbsxanaların həddindən artıq dolu olmasını, saxlanma şəraitinin pisliyini və vəziyyətin yaxşılaşdırılması istiqamətində tədbirlərin yetərsizliyini tənqid edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR