Bank Of Baku

Fransada meşə yanğını 1,5 min hektar ərazini əhatə edib

Fransada meşə yanğını 1,5 min hektar ərazini əhatə edib
# 05 iyul 2026 19:01 (UTC +04:00)

Fransanın cənub-qərbində yerləşən Şərqi Pireney departamentində baş verən meşə yanğını artıq 1,5 min hektar əraziyə yayılıb.

APA xəbər verir ki, bu barədə departamentin prefekti Pyer Reno məlumat verib.

Prefektin sözlərinə görə, yanğın Trivellaş kommunası ərazisində çox sürətlə yayılıb. Təkcə bazar gününə keçən gecə alov 900 hektardan çox ərazini bürüyüb. Yanğının söndürülməsinə 700 yanğınsöndürən, 200 texnika, həmçinin 9 təyyarə və helikopter cəlb edilib.

Hazırda güclü külək və yanğının baş verdiyi ərazinin çətin keçilən olması səbəbindən alovun yayılmasının qarşısını almaq mümkün olmayıb. Prefekt günün sonunadək hakimiyyət orqanlarının çoxgünlük “Tour de France” velosiped yarışının növbəti mərhələsinin ləğvi barədə qərar qəbul edə biləcəyini də istisna etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR