Fransada saxta sanitar sənədlə keçidlər edən şəbəkəyə qarşı istintaq başlayıb.
APA bildirir ki, bu barədə RTL telekanalının efirində ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanen bildirib.
“Saxta sanitar vərəqələrin istehsalı şəbəkəsi ilə bağlı bizə 400-ə yaxın fakt məlumdur. Bəzən bu işlərdə təəssüf ki, tibb işçilərinin də adı hallanır” - deyə Darmanen bildirib.
O, istintaq çərçivəsində artıq saxlanılanların olduğunu qeyd edib, lakin onların sayını açıqlamayıb.
Daxili işlər naziri xatırladıb ki, belə şəbəkələrin təşkilatçılarını 5 ilə qədər həbs gözləyir.