Bank Of Baku

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib
# 22 aprel 2026 15:53 (UTC +04:00)

Gürcüstan 2027-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyə namizədliyini təqdim edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.

Nazir Gürcüstanın artıq müvafiq müraciəti təqdim etdiyini vurğulayıb.

"Biz ATƏT-ə Gürcüstanın gələn il üçün sədrliyini təklif etmişik. Əlbəttə ki, qərar iştirakçı ölkələr tərəfindən yekdilliklə qəbul edilməlidir. Namizədliyimizin nə qədər dəstəklənəcəyini söyləmək hələ tezdir", - Boçorişvili əlavə edib.

Xatırladaq ki, ATƏT-ə sədrlik bir il müddətində quruma üzv olan dövlət tərəfindən həyata keçirilir. Bu il təşkilata sədrlik İsveçrəyə məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR