Tamaz Boraşvili Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri vəzifəsinə namizəd irəli sürülüb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.
Onun sözlərinə görə, Tamaz Boraşvili parlament tərəfindən namizədliyinin təsdiqlənməsindən sonra vəzifəsinin icrasına başlayacaq.
Tamaz Boraşvili bundan öncə DTX rəhbərinin müavini vəzifəsini tutub.
Qeyd edək ki, Gürcüstan DTX-nın rəhbəri Geka Geladze bu gün istefa verib.