Gürcüstan xarici işlər naziri İlia Darçiaşvili və Moldova xarici işlər naziri Niku Popesku Praqada görüşüb.
APA xəbər verir ki, bu barədə Moldova XİN başçısı "Twitter"də bildirib.
"Bu gün biz islahatları davam etdirməyi, Aİ-yə inteqrasiya yolunda ortaq qətiyyətimizi və qeyri-sabit regionumuzdakı çağırışlarla necə səmərəli mübarizə aparacağımızı müzakirə etdik", Popesku bildirib.
Qeyd edək ki, görüş Aİ XİN başçılarının Praqada qeyri-formal iclası çərçivəsində baş tutub.