Bank Of Baku

Gürcüstanda elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi baş verib

Gürcüstanda elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi baş verib
# 09 aprel 2025 08:56 (UTC +04:00)

Gürcüstanda elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi baş verib.

APA xəbər verir ki, bu barədə “RİA Novosti” paytaxtın “Telmiko” elektrik paylayıcı şirkətinə istinadən məlumat yayıb.

Məlumata görə, elektrik enerjisinin kəsilməsinə qəza səbəb olub, lakin bərpa prosesinə başlanılıb.

Vəziyyətin bir neçə saata düzələcəyi bildirilib.

Şirkət sakinlərə panikaya düşməməyi və səbirlə gözləməyi tövsiyə edib.

Qeyd edək ki, enerjisinin kəsilməsi ilə Batumi, Kutaisi, Borjomi, Poti, Kaspi və digər 10 şəhərdən olan istifadəçilər qarşılaşıb. Tbilisinin bir sıra rayonlarının sakinləri də oxşar şikayətlər yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR