Bank Of Baku

Gürcüstanda keçmiş Baş nazir İrakli Qaribaşvili, DTX-nın keçmiş rəhbəri və sabiq baş prokurorun evində axtarış aparılıb

İrakli Qaribaşvili

© APA | İrakli Qaribaşvili

# 17 oktyabr 2025 18:31 (UTC +04:00)

Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvilinin evində axtarış aparılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.

Məlumata əsasən, axtarışlar Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili və keçmiş Baş prokuror Otar Partsxaladzenin də evlərində həyata keçirilib.

Axtarışlar zamanı müxtəlif elektron cihazlar, sənədlər və külli miqdarda pul müsadirə edilib.

Baş Prokurorluqdan qeyd olunub ki, istintaqın gedişi və nəticələri barədə ictimaiyyətə məlumatlar veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR