Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 240 yoluxma halı qeydə alınıb, 68 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da, qonşu ölkədə koronavirusa yoluxanların sayı 743 511, ölənlərin sayı isə 10 368 nəfərə çatıb. Virusa yoluxanlardan 684 154 nəfərin sağaldığı bildirilir.