Gürcüstanda son sutkada koronavirusdan 82 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusdan 82 nəfər ölüb
# 15 noyabr 2021 10:33 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 820 yoluxma halı qeydə alınıb, 82 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 785 911, ölənlərin sayı isə 11 097 nəfərə çatıb. Virusa yoluxanlardan 722 399 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR