Bank Of Baku

Gürcüstanda “Vahid Milli Hərəkat” partiyası parlamenti boykot edib

Gürcüstanda “Vahid Milli Hərəkat” partiyası parlamenti boykot edib
# 07 fevral 2023 12:38 (UTC +04:00)

Gürcüstanın ana müxalifət partiyası olan “Vahid Milli Hərəkat” (VMH) növbəti dəfə ölkə parlamentini boykot edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, partiya siyasi boykot rejiminə keçdiyini və plenar sessiyalar, komitə dinləmələri və digər formatlar da daxil olmaqla parlament fəaliyyətlərində iştirak etməyəcəyini bəyan edib.

Qeyd olunub ki, hazırkı mərhələdə partiyadan olan deputatlar mandatlarını saxlayırlar.

VMH partiya və fraksiyanın daha güclü etiraz formaları ilə bağlı məsləhətləşmələr keçirəcəyini bəyan edib.

Qeyd edək ki, VMH bu gün saat 17:00-da hökumət administrasiyasının qarşısında etiraz aksiyası keçirəcəyini bəyan edib.

Partiyanın qərarı Tbilisi Şəhər Məhkəməsininin ötən gün sabiq Prezident Mixeil Saakaşvilinin həbsdə saxlanılması ilə bağlı qərarından sonra qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR