Bank Of Baku

Gürcüstanda xüsusi əməliyyat keçirilib, İŞİD-ə qoşulan iki nəfər saxlanılıb

Gürcüstanda xüsusi əməliyyat keçirilib, İŞİD-ə qoşulan iki nəfər saxlanılıb
# 25 sentyabr 2026 10:50 (UTC +04:00)

Gürcüstanın Qardabani və Kareli bələdiyyələrində həyata keçirilən xüsusi əməliyyatlar nəticəsində iki nəfər saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib.

Gürcüstan vətəndaşları olan həmin şəxslər xarici terror təşkilatına qoşulmaqda və terror fəaliyyətlərinə yardım etməkdə ittiham olunurlar.

İstintaqla müəyyən edilib ki, həmin şəxslər “İslam Dövləti” terror təşkilatına qoşulub, təşkilatın liderinə sədaqət andı içiblər və ona qeyd-şərtsiz itaət edəcəklərinə dair öhdəlik götürüblər.

Saxlanılan şəxslərin üzərində və yaşadıqları ünvanlarda aparılan axtarışlar zamanı müxtəlif növ döyüş sursatı, əl qumbarası da daxil olmaqla maddi sübut kimi bir sıra əşyalar götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin xarici terror təşkilatına qoşulmağı və terror fəaliyyətlərinə yardım göstərməyi nəzərdə tutan maddəsi üzrə aparılır. Bu cinayət əməli 10 ildən 17 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR