Paşha Bank
Bank Of Baku

Haaqada etiraz aksiyaları zamanı 34 nəfər saxlanılıb

Haaqada etiraz aksiyaları zamanı 34 nəfər saxlanılıb
# 01 noyabr 2026 01:31 (UTC +04:00)

Niderlandın Haaqa şəhərinin mərkəzində gənclərin keçirdiyi kortəbii etiraz aksiyası zamanı 34 nəfər saxlanılıb.

“Hart van Nederland” portalının məlumatına görə, saxlanılanların əksəriyyəti yetkinlik yaşına çatmayan şəxslərdir.

Onlar zorakılıq hərəkətləri törətməkdə, pirotexniki vasitələrdən qanunsuz istifadə etməkdə və üzü gizlədən geyimlə bağlı qadağaları pozmaqda şübhəli bilinirlər.

Etirazçılarla polis arasında qarşıdurma zamanı nümayişçilər hüquq-mühafizə orqanlarının əməkdaşlarına yandırılmış pirotexniki vasitələr atıblar.

Nəticədə bir polis əməkdaşı xəsarət alıb. Eşitmə qabiliyyətinin zədələnməsindən şübhələnilən polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

Polisin məlumatına görə, qarşıdurmalara baxmayaraq, mağazaların qarət edilməsinin və vandalizm hallarının qarşısı alınıb.

Haaqa Sahibkarlar Birliyinin rəhbəri Bas Vinkler bildirib ki, təhlükəsizlik tədbirləri səbəbindən yerli mağazaların zərəri minlərlə avroya çata bilər.

Onun sözlərinə görə, bəzi sahibkarlar vitrinlərini taxta lövhələrlə bağlamağa və fəaliyyətlərini müvəqqəti dayandırmağa məcbur olublar.

Vinkler yaranmış vəziyyətlə bağlı bələdiyyə ilə müzakirələr aparmaq, həmçinin qanunsuz etirazlara və qarətlərə çağırış edən şəxslərdən dəymiş zərərin ödənilməsini tələb etmək imkanlarını araşdırmaq niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR