Bank Of Baku

Həsən Ruhani: “ABŞ-ın qanunsuz sanksiyalarının məqsədi xalqa təzyiqləri artırmaqdır”

Həsən Ruhani: “ABŞ-ın qanunsuz sanksiyalarının məqsədi xalqa təzyiqləri artırmaqdır”
# 30 aprel 2019 12:19 (UTC +04:00)

“ABŞ-ın qanunsuz və zalım sanksiyalarının məqsədi xalqa, fəhlələrə və cəmiyyətin yoxsul təbəqəsinə təzyiqləri artırmaqdır”.

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani zəhmətkeşlər və fəhlələrlə görüşündə deyib.

O bildirib ki, fəhlələr ABŞ sanksiyaları ilə mübarizədə ön cəbhədə dayanır: “Hökumət bütün vasitələrlə fəhlələrin xidmətindədir. Onların biliyini artırmaq üçün əlimizdən gələni edəcəyik”.

H.Ruhani deyib ki, istehsal potensialını artıracaq hər bir müəssisə və şirkət inkişafdan daha çox faydalana biləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR