Bank Of Baku

Hindistanda parlament seçkilərinin 4-cü mərhələsi başlayıb

Hindistanda parlament seçkilərinin 4-cü mərhələsi başlayıb
# 29 aprel 2019 08:58 (UTC +04:00)

Hindistanın 9 ştatında ümumi parlament seçkilərinin 4-cü mərhələsi keçirilir.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir ki, seçkilərdə 957 namizəd parlamentin aşağı palatasında 72 yer uğrunda mübarizə aparacaq.

Aprelin 23-də keçirilmiş seçkilərin 3-cü mərhələsində 63%-dən çox seçici iştirak edib. Səslərin sayılması 23 maya qədər bitəcək.

Qeyd edək ki, seçkilərdə Hindistanın iki əsas partiyası – hakim “Bxaratiya canata parti” və müxalif “Hindistan milli konqresi” partiyası mübarizə aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR