Bank Of Baku

İranda neft kəmərində partlayış baş verib, 4 nəfər ölüb

İranda neft kəmərində partlayış baş verib, 4 nəfər ölüb
# 14 mart 2019 13:24 (UTC +04:00)

İranda neft kəmərində partlayış baş verib, nəticədə 4 nəfər ölüb, 6 nəfər yaralanıb.

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Təcili Tibbi Xidmət Təşkilatının sözçüsü Müctəba Xalidi deyib.

Onun sözlərinə görə, partlayış Əhvaz-Ramhörmüz neft boru kəmərində baş verib: “Yanğın artıq söndürülüb. Hadisə nəticəsində neft kəmərinin yaxınlığından keçən bir neçə avtomobil və bir avtobus zərər görüb. Sərnişinlərdən 4 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb”.

Süleyman Fərzəliyev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR