Bank Of Baku

İranda tuneldə partlayış baş verib, 3 fəhlə ölüb

İranda tuneldə partlayış baş verib, 3 fəhlə ölüb
# 30 aprel 2019 12:41 (UTC +04:00)

İranda Tehran-Şimal magistral yolundakı Əlborz tunelində partlayış baş verib.

ONA-nın Tehran bürosunun məlumatına görə, hadisə bu gün səhər yerli vaxtla 09:00 radələrində qeydə alınıb.

Partlayışdan sonra yanğın baş verib və tunel çöküb. Təmir və bərpa işləri aparan 8 fəhlənin xilas edilməsi üçün hadisə yerinə yanğınsöndürən və xilasedicilər cəlb olunub. Hadisə nəticəsində 3 nəfər ölüb, 5 nəfər yanıq xəsarəti alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR