Bank Of Baku

İranın Kürdüstan əyalətində zəhərlənənlərin sayı 200 nəfərə çatıb

İranın Kürdüstan əyalətində zəhərlənənlərin sayı 200 nəfərə çatıb
# 14 mart 2019 12:38 (UTC +04:00)

İranın Kürdüstan əyalətinin Qürvə şəhərində zəhərlənənlərin sayı 200 nəfərə çatıb.

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu Qürvə  şəhər səhiyyə xidmətinin rəhbəri Huşəng Pir Fəllah deyib.

Pir Fəllah bildirib ki, zəhərlənən insanlarda ishal və ürəkbulanma halları müşahidə edilib: “Zəhərlənən insanların 10 faizi xəstəxanalarda müalicə olunur, qalanı isə  ambulator müayinələrdən sonra evə buraxılıb”.

Çirkli suyun zəhərlənməyə səbəb olmadığını deyən Pir Fəllah qeyd edib ki, son 2 gündə sudan götürülmüş nümunələrin analizi göstərir ki, zəhərlənməyə səbəb su deyil: “Araşdırmamız nəticəsində məlum olub ki,  zəhərlənmənin səbəbi  qeyri-sağlam göyərti və şirniyyatdan istifadədir”.

Hazırda İran Səhiyyə Nazirliyinin xüsusi ekspertiza qrupu bölgəyə ezam olunub və araşdırma aparır.

Süleyman Fərzəliyev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR