Bank Of Baku

İranlı hakerlər Britaniyada elektrik stansiyasını sıradan çıxarıb

İranlı hakerlər Britaniyada elektrik stansiyasını sıradan çıxarıb
# 23 avqust 2026 15:46 (UTC +04:00)

İran ilə əlaqəli hakerlər kiberhücum həyata keçirərək Böyük Britaniyada elektrik stansiyalarından birinin fəaliyyətini dayandırıb.

Bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bu, İranlı hakerlərin Böyük Britaniyada belə bir obyektin fəaliyyətini dayandırmağa nail olduğu ilk haldır.

Britaniya hakimiyyəti təhlükəsizlik səbəbindən hücuma məruz qalan elektrik stansiyasının adını açıqlamayıb. Bununla belə, məlumatlara görə, obyektin fəaliyyəti dörd gün ərzində dayanıb və həmin müddətdə əməkdaşlar onun işini bərpa etməyə çalışıblar. Elektrik stansiyası nisbətən kiçik olduğundan baş vermiş nasazlıq Böyük Britaniyanın ümumi enerji təchizatına və elektrik enerjisi istehsalına təsir göstərməyib.

“The Telegraph” yazır ki, hücumun əsas məqsədi, ehtimal ki, mülki əhaliyə real zərər vurmaq deyil, İran rejimi ilə əlaqəli hakerlərin Britaniyanın sistemlərinə daxil olmaq və ölkənin kritik infrastruktur obyektlərini sıradan çıxarmaq imkanına malik olduğunu nümayiş etdirmək olub.

Hadisədən sonra Britaniya hökuməti enerji şirkətlərinin rəhbərləri üçün brifinq keçirib, həmçinin enerji sistemlərinin qorunması ilə bağlı tövsiyələr və bundan sonrakı fəaliyyət planının yer aldığı məktubları müəssisələrə göndərib. Baş vermiş insident barədə Milli Kibertəhlükəsizlik Mərkəzinə (NCSC) də məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR