Bank Of Baku

İraq ordusu PKK-çılarla toqquşmada iki hərbçisini itirib

İraq ordusu PKK-çılarla toqquşmada iki hərbçisini itirib
# 18 mart 2019 01:57 (UTC +04:00)

İraqda PKK silahlıları ilə toqquşmada iki iraqlı hərbçi həlak olub.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın təhlükəsizlik orqanlarının yaydığı məlumatda deyilir.

Məlumatda deyilir ki, toqquşma İraq hərbçilərinin Naynava əyalətinin nəzarət-buraxılış məntəqəsində keçid üçün icazə istəmələrindən sonra baş verib.

Sincar şəhər administrasiyasının rəhbəri Mahma Xəlil isə öz növbəsində kürd telekanalına silahlı qarşıdurmanın PKK-çıların İraq kürdləri ilə Suriya arasındakı sərhəd ərazini keçmək istəmələri zamanı baş verdiyini açıqlayıb. Onun sözlərinə görə, insident nəticəsində iki PKK-çı ölüb, daha üç nəfəri yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR