Bank Of Baku

İrəvanda lombard və pul dəyişmə məntəqələrinin əməkdaşları yenidən etiraz aksiyası keçirir

İrəvanda lombard və pul dəyişmə məntəqələrinin əməkdaşları yenidən etiraz aksiyası keçirir
# 14 mart 2019 11:24 (UTC +04:00)

Ermənistanın paytaxtı İrəvanda lombard və pul dəyişmə məntəqələrinin əməkdaşları yenidən etiraz aksiyası keçirir.

ONA "news.am"a istinadən xəbər verir ki, etirazçılar Ermənistan Hökümət Evinin qarşısında yığışıb.

Onlar “Dövlət rüsumu haqda” qanuna təklif olunmuş dəyişikliyə düzəliş olunmasını tələb edirlər. Bildirilir ki, təklif olunmuş dəyişikliyə əsasən bu sahədə dövlət rüsumu 60 dəfə (6000%) artacaq. Hazırda lombardlar 100 min dram ödəyirlərsə, bundan sonra 6 milyon dram ödəməli olacaqlar. Valyutadəyişmə məntəqələri isə indi ödədikləri 50 min yerinə 3 milyon dram ödəyəcəklər. 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR