Bank Of Baku

İspaniyada silahlı insident nəticəsində biri polis olmaqla 4 nəfər yaralanıb

İspaniyada silahlı insident nəticəsində biri polis olmaqla 4 nəfər yaralanıb
# 15 dekabr 2021 06:14 (UTC +04:00)

İspaniyanın Tarraqona şəhərində silahlı insident baş verib.

APA-nın məlumatına görə, bu barədə Kataloniya polisi rəsmi “Twitter” səhifəsində məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları mühafizə şirkətinə atəş açan naməlum şəxsi saxlayıb.

Silahlı insident nəticəsində 3 nəfər yaralanıb. Daha bir polis əməkdaşı 45 yaşlı şübhəlini təqib edərkən yaralanıb.

“El Pais” qəzetinin məlumatına görə, şübhəli şəxs yerli şirkətlərdən birində mühafizəçi işləyib. Onun üzərində 1 tüfəng və dörd tapança olub. Şübhəlinin, həmçinin, psixi pozğunluqdan əziyyət çəkdiyini iddia edilir.

Həmin şəxs şirkətin ofisinə gələrək keçmiş həmkarlarına atəş açıb, nəticədə 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Birinin vəziyyəti kritik ağır, ikisinin vəziyyəti isə ağırdır.

Yarlı polis isə helikopterlə xəstəxanaya çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR