Dünən gecə Türkiyədə baş vermiş zəlzələ fəlakətinə görə, İsrail xalqı adından dərin hüznümü bildirirəm.
APA xəbər verir ki, bunu İsrail Prezidenti İsaak Herzoq özünün “Twitter” hesabında bildirib.
“Prezident Rəcəb Tayyib Ərdoğana və türk xalqına başsağlığı verirəm. İsrail dövləti hər zaman mümkün olan hər vasitə ilə yardım göndərməyə hazırdır. Qəlbimiz bu ağrılı zamanda kədərlənən ailələrin və türk xalqının yanındadır”, – paylaşımda qeyd olunub.