İsveç Baltik dənizində Sahil Mühafizə Xidmətinin nəzarətini artırmağı düşünür.
APA xəbər verir ki, bu barədə İsveçin Müdafiə Nazirliyi məlumat yayıb.
“Xarici situasiyanı biz seçməmişik, amma üzləşdiyimiz reallıqla məşğul olmalıyıq”, - İsveçin mülki müdafiə naziri Karl Oskar Bohlin vurğulayıb.
Qeyd edək ki Danimarkaya edilən dron hücumlarından sonra İsveç Baltik dənizindəki hərbi mövcudluğunu Hava Hücumundan Müdafiə sistemləri ilə gücləndirib.