İsveç hökuməti Sahil Mühafizəsinə Ukraynaya 10 qayıq verməyi tapşırıb.
APA xəbər verir ki, bu barədə İsveç hökuməti məlumat yayıb.
Söhbət sürətli qayıqlardan gedir. Onlar xüsusi avadanlıqlar söküldükdən sonra Ukraynaya təhvil veriləcək.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, qayıqlardan “çay məcralarının minalardan təmizlənməsi də daxil olmaqla, sularda xilasetmə işlərinin aparılması üçün” istifadə olunacaq.