Bank Of Baku

İsveçin baş naziri Türkiyə parlamentinin qərarını alqışlayıb

İsveçin baş naziri Türkiyə parlamentinin qərarını alqışlayıb
# 24 yanvar 2024 01:14 (UTC +04:00)

İsveçin baş naziri Ulf Kristersson Türkiyə parlamentinin krallığın Şimali Atlantika Alyansına üzv olmaq üçün müraciətini bəyənməsini alqışlayıb.

APA xəbər verir ki, bu barədə Kristersson X sosial şəbəkəsində bildirib.

“Bu gün biz NATO-nun tamhüquqlu üzvü olmağa bir addım daha yaxınıq. Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya üzv olmasına səs verməsi müsbət haldır”.

Qeyd edək ki, türkiyəli deputatlar yanvarın 23-də İsveçin alyansa qoşulması ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyiblər. İndi İsveçin üzvlük ərizəsini ratifikasiya etməyən yeganə NATO ölkəsi Macarıstandır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR