İsveçrə Ukrayna üzrə üçtərəfli danışıqların yeni raunduna ev sahibliyi etməyə hazırdır.
APA xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Pyer-Alen Elçinger bildirib.
O qeyd edib ki, İsveçrə Ukraynada ədalətli və davamlı sülhə nail olmağa yönəlmiş istənilən diplomatik təşəbbüsü dəstəkləyir.
Rəsmi İsveçrə XİN-in bütün tərəflərlə əlaqə saxladığını və danışıqların təşkili üçün öz xidmətlərini təklif etdiyini bildirib.
Bununla belə, o, görüşün keçirilməsi ilə bağlı İsveçrəyə rəsmi müraciətin daxil olub-olmadığını açıqlamayıb.