Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında Rusiyanın özəl hərbi podratçı şirkəti “Vaqner"ə qarşı sanksiyanın tətbiqinə qərar verilib.
APA-nın xəbərinə görə, bu barədə "TASS" agentliyi Brüsseldəki diplomatik mənbəyə istinadən yazıb.
Sanksiyaların "Vaqner"lə əlaqəli dörd hüquqi və səkkiz fiziki şəxsə qarşı tətbiqi təsdiqlənib", - deyə mənbə qeyd edib.
Diplomatik mənbə bildirib ki, Rusiya şirkəti ilə yanaşı hakimiyyətin demokratik yolla ötürülməsi prosesinə mane olduğuna görə Maliyə qarşı da sanksiyalar tətbiq etmək barədə qərar qəbul olunub.