KİV: Avropa ABŞ-ın Kiyevə silah tədarükünü dayandıracağına inanmır

KİV: Avropa ABŞ-ın Kiyevə silah tədarükünü dayandıracağına inanmır
# 22 may 2025 06:44 (UTC +04:00)

Avropa liderləri ABŞ Prezidenti Donald Trampın administrasiyasının Kiyevə Amerika silahlarının ixracını dayandıracağına inanmır.

APA xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən yazıb.

Nəşr qeyd edir ki, avropalılar həmçinin əmindirlər ki, Ukraynaya dəstək bu mərhələdən sonra əsasən onların üzərinə düşəcək.

Ukrayna Ali Radasının deputatı İrina Geraşenko çərşənbə axşamı bəyan edib ki, ABŞ-ın 46-cı prezidenti Co Bayden tərəfindən təsdiqlənmiş son hərbi yardım paketi bu yay sona çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR