Ukraynanın müdafiə naziri Aleksey Reznikov Strateji Sənaye Nazirliyinə rəhbərlik etməkdən imtina edəcəyini bildirib.
APA xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazıb.
Reznikov qeyd edib ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıq olmayıb.
"Əgər mənə Ukrayna prezidentindən və ya Baş nazirdən belə bir təklif gəlsəydi, ondan imtina edərdim, çünki mənim Strateji Sənaye Nazirliyinə rəhbərlik etməyə imkan verəcək təcrübəm yoxdur. Ona görə də mən hesab edirəm ki, bu səhvdir”, - Reznikov bildirib.