Bank Of Baku

Kobaxidze hökumətin tərkibini parlamentə təqdim edib

Kobaxidze hökumətin tərkibini parlamentə təqdim edib
# 02 fevral 2024 19:33 (UTC +04:00)

Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının Baş nazirliyə namizədi İrakli Kobaxidze hökumətin tərkibini parlamentə təqdim edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, hökumətin tərkibində yeganə dəyişiklik müdafiə naziri ilə bağlıdır.

Yeni tərkibdə müdafiə naziri Cuanşer Burçuladzeni parlamentin vitse-spikeri, Zuqdidi rayonu üzrə majoritar deputat İrakli Çikovani əvəz edəcək.

Digər nazirlər öz vəzifələrində qalacaqlar.

Xatırladaq ki, İrakli Kobaxidze fevralın 1-də “Gürcü Arzusu” partiyasının qurultayında Baş nazirliyə namizəd kimi təqdim edilib.

Gürcüstan parlamenti fevralın 8-də Baş naziri və hökumətin tərkibini təsdiqləyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR