Bank Of Baku

Kobaxidze Rusiyanın Gürcüstan məhsullarına idxal qadağasına münasibət bildirib

Kobaxidze Rusiyanın Gürcüstan məhsullarına idxal qadağasına münasibət bildirib
# 12 oktyabr 2026 15:20 (UTC +04:00)

Gürcüstan Rusiyanın bir sıra gürcü şirkətlərinin məhsullarının idxalına qoyduğu qadağa qərarına yenidən baxacağına ümid edir.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.

O, hazırda bu məsələ ilə bağlı işlərin aparıldığını vurğulayıb.

"Biz məsələni araşdırırıq və qərarın ləğv olunacağına ümidvarıq. Bu istiqamətdə çalışırıq", - deyə İrakli Kobaxidze əlavə edib.

Qeyd edək ki, Rusiya bir sıra Gürcüstan şirkətlərinin istehsal etdiyi alkoqollu və alkoqolsuz içkilərin idxalını qadağan edib. Qadağa tətbiq olunan məhsulların siyahısında şərab, konyak və pivə, həmçinin Gürcüstanda istehsal olunan "Coca-cola" və "Nabeqlavi" mineral suyu yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR