Bank Of Baku

Kuleba Kiyevin Donbassdakı əsas məqsədini açıqlayıb

Dmitri Kuleba

© APA | Dmitri Kuleba

# 11 dekabr 2021 10:28 (UTC +04:00)

"Ukraynanın Donbassda məqsədi sadədir: güc yolu ilə sülh".

APA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın "Foreign Affairs" jurnalında dərc olunmuş məqaləsində deyilir.

"Hazırda Birləşmiş Ştatlar və onun avropalı müttəfiqləri vaxt qazanmaq üçün Putinlə danışmalıdırlar, eyni zamanda Ukraynanı elə gücləndirməlidirlər ki, Rusiyanın sadəcə onu işğal etməyə real hərbi gücü olmasın. Bu məqamda Donbasda ədalətli sülhə və nəhayət, Ukraynanı Aİ və NATO-ya daxil olmasına nail olmaq mümkündür", - məqalədə deyilir.

Kuleba rəsmi Vaşinqtonu və onun avropalı müttəfiqlərini Rusiyanı cilovlamaq üçün səyləri artırmağa çağırıb. Onun sözlərinə görə, Kiyev tərəfdaşları ilə birlikdə artıq hərtərəfli mühafizə planı hazırlayır.

"Birinci komponent Moskvaya aydın siyasi siqnallar göndərməkdir. Bu o deməkdir ki, Ukraynanın Qərbin bir hissəsi olduğunu və gələcəkdə Aİ və NATO-nun üzvü olduğunu, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün müzakirə edilmədiyini aydınlaşdırmaq lazımdır", - xarici işlər naziri yazır.

O əlavə edib ki, planın ikinci hissəsi Rusiyanın Ukraynaya müdaxiləsi halında sərt sanksiyalar nəzərdə tutur.

"Planın üçüncü və sonuncu hissəsi Ukraynaya hərbi yardımın artırılmasıdır", - Kuleba bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR