Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Avropaya qaz tranzitini kəsə biləcəyini istisna etməyib.
APA-nın BelTa-ya istinadən verdiyi xəbərə görə, bu barədə Aleksandr Lukaşenko TRT-yə müsahibəsində deyib. O, Qərb sanksiyalarının ölkə iqtisadiyyatına ağır zərər vuracağı halda ölkə ərazisindən Avropa gedən qaz kəmərini kəsəcəyini qeyd edib.
"Əgər onların tətbiq etdiyi və ya gələcəkdə tətbiq edəcəyi sanksiyalar bizim ölkəmizi fövqəladə vəziyyətə salarsa və onların sanksiyalarına başqa yolla cavab vermək üçün çıxış yolumuz olmazsa, biz bu sərt tədbirdən istifadə edəcəyik", - deyə Lukaşenko bildirib.